Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Böyük Rəhbəri vurğulayıb ki, əgər İran xalqı beynəlxalq hegemonçuluğun hədələri qarşısında geri otursaydı və öz şüarlarından əl çəksəydi, xalqın ürəklərində ümid gülləri solardı.
Həzrət Ayətullah İmam Xamenei çərşənbə axşamı günü Həzrət Fatimə Zəhranın (s) viladətinin ildönümü günündə ismət və paklıq Əhli-beyti (ə) şairləri və zakirləri toplusunda belə buyurub: Müqavimət , səbat ,ardıcıllıq və İranın İslam İnqilabı dəyərləri və prinsiplərinə bağlı olmaq müsəlman xalqların və dünya müşahidəçilərinin ürəklərində ümid tumurcuqlarının çiçəklənməsinə səbəb olub .
İslam inqilabının Böyük Rəhbəri vurğulayıb: İranın İslam İnqilabının əzəmətli xüsusiyyəti bu idi ki , ilahi fəzilətə görə qeyd edilən baharın bu günə qədər xəzanı olmasın.
Həzrət Ayətullah İmam Xamenei İran İslam İnqilabının zəfər çalmasından sonra 32 il müddətində əngəl törətmələr, düşmənçiliklər və müxtəlif qarşıdurmalarla yanaşı olan çətin yola işarə edərək belə vurğulayıb: Doğru xəttin davam etməsi və bu xətdən uzaqlaşmanın olmaması və İmam Xomeynin (r) aydın və açıq bəyanının bərəkətinə əsasən İslam inqilabının şüarları və hədəflərinin qorunması, İranın İslam İnqilabının ən mühüm xüsusiyyətlərindəndir.
İslam İnqilabının Böyük Rəhbəri sonra belə bildirib: Ümidlə hərəkət etmək və möhkəm addımlarla addımlamaqla dünyada heç bir qüdrət İranın islam inqilabı yolunun qarşısını ala bilməz.
Həzrət Ayətullah İmam Xamenei həmçinin Həzrət Fatimə Zəhranın (s) miladının İmam Xomeyninin (r) viladəti ilə eyni günə təsadüf etməsini çox şirin fenomen adlandıraraq belə buyurub: İmam Xomeyni (r) mütləq iman, ixlas, ibadət, qeyrət və Allah tala yolunda müqavimətlə yanaşı olan elə həmən parlaq həqiqətin bir nümunəsi idi.










