Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Məmməd Məmmədov yol qəzasında ölüb. Hadisə mayın 21-də qeydə alınıb.
Deputat Məmməd Məmmədov, onun həyat yoldaşı və atası Yarəli Məmmədovun olduğu “Mercedes” markalı avtomobil Naxçıvan şəhərində qəzaya uğrayıb. Nəticədə M. Məmmədov və atası dünyasını dəyişib. Hadisə zamanı maşında olan M. Məmmədovun həyat yoldaşı isə xəsarət alıb.
Qeyd edək ki, M. Məmmədov “Şərq Qapısı” qəzetinin baş redaktoru, “Azərbaycan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri olub. M. Məmmədov həmçinin Naxçıvan MR Ali Məclisinin deputatı, Azərbaycanın “Əməkdar jurnalist”i idi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır