Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, avtoqəza mayın 23-ü saat 23:30 radələrində Maştağa-Buzovna şosesində qeydə alınıb.
Feyruz Cəbrayılovun idarə etdiyi «VAZ-21011» markalı və Kamil Rəsulzadənin idarə etdiyi «VAZ-2106» markalı avtomobillər toqquşub. Nəticədə sürücü K.Rəsulzadə ölüb, sərnişinləri Hacıbala Qəhrəmanov, Ədalət Cavadov, digər sürücü F.Cəbrayılov və sərnişinləri İsmayıl Babayev, Tərlan Ələsgərov xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdiriliblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır