23 may 2011 - 19:30

Timoşenkonun istintaq hərəkətlərini pozduğuna görə saxlandığını bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko mayın 24-də Kiyevin Peçorsk Rayon Məhkəməsinin qərarı ilə  saxlanıb.

Məhkəmənin xidməti fəaliyyət sahəsində cinayət işlərinin araşdırılması şöbəsinin rəisi Oleq Puşkar jurnalistlərə açıqlamasında Timoşenkonun istintaq hərəkətlərini pozduğuna görə saxlandığını bildirib: “Timoşenko istintaq hərəkətlərini dəflərlə pozduğuna görə Baş Prokurorluğun müstəntiqi məhkəməyə müraciət edib. Hazırda Timoşenko ilə bağlı istintaq hərəkətləri aparılır və proses başa çatan kimi o, evə buraxılacaq”.

Timoşenkoya qarşı iki cinayət işi qaldırılıb. Birinci ittihama görə, Timoşenko 480 milyon avronun xərclənməsində və təcili yardım maşınlarını alarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Ona qarşı qaldırılan ikinci iş Rusiya ilə qaz müqavilələri ilə bağlıdır. Sabiq baş nazirdən ölkəni tərk etməmək haqda iltizam alınıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır