Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İraqın təhlükəsizlik əməkdaşlarının verdiyi xəbərə görə, Ayətullah Sistaniyə qarşı terrorun qarşısı alınıb. Terroru süquta uğramış BƏƏS rejiminin üzvləri həyata keçirmək istəyib.
"Jahannews"a istinadən evrdiyi xəbərə görə, terror törətmək istəyən qurup əl-Hurriyə məntəqəsində bir mənzil icarə edərək içərisini partlayıcı maddə və silah anbarına çevirmək istəyiblər. Daha sonra isə 3 Ərəbistan əsilli terroristə ölkəyə girmək üçün kömək edərək aktı həyata keçmək niyyətində olublar.
Plana əsasən, birinci partlayış Ayətullah Sisatninin mənzili yaxınlığında baş verməli imiş. Partlayış zamanı yaranan fürsət zamanı ikinci terrorist özünü alimin mənzilinə ən yaxın bir yerə çatdırıb növbəti partlayışı törədəcəkmiş. Bu zaman 3-cü partlayış Ayətullah Sistaninin mənzilinin içində icra ediləcəkmiş.
Terrorçular hal-hazırda nəzarət altındadır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır