Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Göyçay rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Xəlitli kənd sakini olan 83 yaşlı Yetər Məmmədova özünü kanala atıb.
Yetər Məmmədova mayın 21-də axşam saatlarında taksiyə oturaraq yaşadığı yaşayış məntəqəsinin ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarına gəlib və heç kəsin olmadığı bir yerdə özünü suya atıb.
Beş övladı olan 83 yaşlı qadının meyiti bu gün səhər saatlarında kanaldan çıxarılıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır