20 may 2011 - 19:30

Şeyx Əbdüləziz Ali-Şeyx: Təkfirçilər yarandıqları gündən indiyədək İslam və müsəlmanlar üçün qara ləkə olublar

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ərəbistanın baş müftisi son cümə namazı çıxışında təkfir inancından geri çəkilib.

“Shia-online”-nın  verdiyi xəbərə görə, Ərəbistanın paytaxtı ər-Riyadda cümə namazı qılan vəhhabilərin baş müftisi Şeyx Əbdüləziz Ali-Şeyx xütbələrinin birində deyib: “Bir müsəlmanı təkfir etmək (kafir hesab etmək) şübhəsiz yanlış bir addımdır və müxtəlif münaqişlərə sabəb olur.”

O, deyib: “Biz hər bir işi dəlil və məntiq əsasında icra etməliyik. Hətta başqalarını təkfir etmək üçün qəti dəlilimiz olmalıdır. Əks təqdirdə möminləri İslamdan xaric, kafir hesab etməyimiz düzgün deyil.”

Əbdüləziz Ali-Şeyx qeyd edib: “Bİr mömin müsəlmanı təkfir etmək üçün günəş kimi aydın dəlilimiz olmalı, onun kafir olmasına əmin olmalıyıq. Əks təqdirdə şək-tərdid əsassızdır. Biz öz xülyalarımıza əsasən kimisə kafir adlandırmamalıyıq.”

Köhnə və ən böyük təkfirçilərdən biri sayılan Ərbistanın baş müftisi deyib: “Təkfirçilər təmkinli deyillər. Yalnız bəzi şəxslərin kiçik səhvlərinə görə onları kafir hesab edir, qanlarını axtımalarını mübah və halal hesab edirlər. Təkfirçilər digər müsəlanlar əleyhinə silah qaldırırlar. Bunun özü bir bütpərəstlikdir.”

Əbdüləziz Ali-Şeyx əlavə edib: “Təkfirçilər Allah yolunda qılınc siyirməyiblər, cihadları bu məqsədə əsasən deyil. Onlar şəxsi və maddi manafelərinə görə bu addımı atırlar. Təkfirçilər yarandıqları gündən indiyədək İslam və müsəlmanlar üçün qara ləkə olublar. Onlar İslam dini üçün böyük təhlükə hesab olunur.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır