Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 20-də saat 18.05-dən 18.15-dək Qaniçən Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 15.45-dən 16.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Müsəlman Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 20-də saat 20.00-da Ağdam rayonunun Şıxlar kəndi yaxınlığındakı düşmən mövqeyindən açılan atəş nəticəsində Müsəlman Azərbaycan Ordusunun kiçik çavuşu Məmmədov Rəhman Eldar oğlu şəhid olub.
Ruhu şad. AMİN!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır