Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Bakıda keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunanların azadlığa buraxılması istiqamətində mübarizə davam etməlidir”. Bunu SalamNews-a açıqlamasında İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) vitse-prezidenti Hikmət Hacızadə bildirib.
O deyib ki, “Hicaba azadlıq” aksiyası dinc xarakter daşıyıb, buna görə də tululanlar dərhal azadlığa buraxılmalıdırlar: “Mən bu cür aksiyalar zamanı qanunsuz həbslər aparılmasının əleyhinəyəm. Hesab edirəm ki, polislər “Hicaba azadlıq” aksiyasına qarşı çıxmamalı, günahsız insanları həbs etməməliydilər”.
Mayın 6-da Bakıda Təhsil Nazirliyi qarşısında “Hicaba azadlıq” aksiyası keçirilib. Aksiyaya görə 12 nəfərə yaxın həbs olunub. Həbs edilənlər Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır