19 may 2011 - 19:30

Hər iki şəxs barəsində 5 sutka inzibati həbs cəzası mayın 16-da verilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan təmsilçilərinin “Avroviziya 2011” fəsad müsabiqəsində qalib gəlməsi münasibətilə Masallıda keçirilən şadyanalıq zamanı tutulub 5 sutkalıq həbs cəzası alan dindarlar Araz Quliyev və Rza Ağalı mayın 20-də sərbəst buraxılmalıdır. R.Ağalı barəsində cəza qərarı çıxaran Masallı Rayon Məhkəməsinin hakimi Nemət Musayev açıqlamasında bildirib ki, dindarların həbs cəzası mayın 15-dən, saxlandıqları vaxtdan hesablanıb.

Güya tutulan gənclərin dindar olması barədə məlumata malik olmayan hakim Araz Quliyev barədə qərarın hakim Vidadi Nəsirovun verdiyini deyib: “Avroviziya” fəsad müsabiqəsində Azərbaycan təmsilçisinin qalib olması ölkə üçün fəxrdir. Bunu eşidən hər bir kəsin sevincdən gözü dolur. Masallıda da uşaqlar küçələrə çıxıb öz sevincini bildiriblər. Bu iki nəfər uşaqlara deyib ki, əxlaqsız adamlara görə nə üçün bayram edirsiniz? Deyiblər ki, onlar Azərbaycan mentalitetinə uyğun hərəkətlər eləmirlər.

Məhkəmə prosesində onlara dedim ki, niyə belə eləmisiniz? Cəzada 15 sutkaya qədər həbs nəzərdə tutulur, lakin mənim danlaqlarımdan sonra Araz Quliyev mənə sual edir ki, hakim, məgər düz deməmişəmmi, onlar bizim mentalitetə uyğun deyil. Ona dedim ki, sənə ayıb olsun...  Mən belə adamlara söz tapa bilmirəm”.

Hakim N.Musayev hazırda onların Masallı Rayon Polis Şöbəsinin təcridxanasında saxlandığını deyib və əlavə edib ki, “Bundan əvvəl də o, 5 sutka cəza alıb. Rza Ağalının isə 21 yaşı var. Onlar həbs olunarkən əqidələrinə görə təqib olunduqlarını bildiriblər. Burada nə din, nə məzhəb məsələsi...”

Hər iki şəxs barəsində 5 sutka inzibati həbs cəzası mayın 16-da verilib. Dindarlar İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi ilə (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama) şərlənərək təqsirli biliniblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır