Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hələ neçə illər bəri sionistlərin Müsəlman Azərbaycan xalqını öz mənəviyyatından ayrı salmaq məqsədi ilə bu ölkədə min cür hoqqalardan çıxmışlar. Nəhayət bu il zahiri olaraq islam düşmənləri bir sıra naaliyyətlər əldə edə bilmişlər. “Еurоvisiоn-2011” faciəsi bu qəbil naaliyyətlərdən biridir. Azərbaycanı bu faciəli müsabiqədə qalib etdirməklə Şeytan ordusu artıq növbəti hücumunu asiya xalqlarına tərəf yönəldə bildi. İndi də “Avroviziya 2012” faciə müsabiqəsi Bakıya gəlir. Sionist mənşəli şəxsiyyətlər işlə əlaqədar indidən canfəşanlıq etməklə məşğuldurlar. Beləki bəzi hotellər “Avroviziya 2012” faciə müsabiqəsi zamanı Azərbaycana gələcək qonaqlar uğrunda ciddi mübarizə aparacaq. “The Grand Hotel Europe” hotelinin baş meneceri Tolqa Akkaş deyib ki, Azərbaycanın bəzi mehmanxanaları onlayn-rezervasiya üçün dünyanın aparıcı internet portallarında qeydiyyatdan keçiblər: “Onlayn xidmətlərin inkişafı elə bir səviyyəyə çatıb ki, demək olar, hər bir avropalı hoteli internetlə sifariş edir. Azərbaycan hotelləri “Avroviziya 2012” mahnı müsabiqəsi zamanı turistləri cəlb etmək istəyirsə, internetdə geniş şəkildə təqdim olunmalıdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır