16 may 2011 - 19:30

Mayın 21-dək davam edəcək səfərdə məqsəd Özbəkistanda mədrəsə və ali dini təhsil almış Qafqazın saray din xadimlərinin vaxtilə təhsil aldıqları KQB-nin dini təhsil ocaqlarına baş çəkmələri, habelə Özbəkistan dövlətinə və xalqına səmimi minnətdarlıqlarını yetirməkdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gücüstan müsəlmanlarının Paşazadənin idarəçiliyinə etiraz əlaməti olaraq öz islami müqəddəratlarını özlərinin müstəqil formada, Bakısız həll etmək istəmələri son günlərdə qalmaqala çevrilmiş, aktiv bir məsələyə dönmüşdür. Beləki bu rüsvayçılıqdan yayınmaq istəyən Qafqaz Müsəlmanları İdarəsinin sədri Paşazadə məsələnin həllini müxtəlif ölkələrə səfər etməkdə görür. Buna görədə özünün başçılıq etdiyi nümayəndə heyəti ilə mayın 17-də Özbəkistana səfərə yola düşüb.

İdarədən verilən məlumata görə, nümayəndə heyətinə Qafqaz xalqları Ali Saray Dini Şurasının üzvləri – Qafqaz müftiləri daxildirlər. Mayın 21-dək davam edəcək səfərdə məqsəd Özbəkistanda mədrəsə və ali dini təhsil almış Qafqazın saray din xadimlərinin vaxtilə təhsil aldıqları KQB-nin dini təhsil ocaqlarına baş çəkmələri, habelə Özbəkistan dövlətinə və xalqına səmimi minnətdarlıqlarını yetirməkdir.

Səfər zamanı Paşazadə və Qafqaz müftiləri Buxaradakı Mir-Ərəb mədrəsəsi, Daşkənd İslam Universitetində olacaq, tələbələrlə görüş keçirəcəklər. Tələbəlik illərinin xatirələrini bölüşəcək Qafqazın saray din xadimləri ateizm illərində məhz KQB-nin nəzarəti altında dini maarif çırağını sönməyə qoymamış Özbəkistanın ali saray dini təhsil müəssisələrində onlara komunist sayağı İslamın müqəddəs dəyərlərini aşılamış, dünyadan köçmüş müəllimlərinin ruhlarını yad edəcəklər.

Xatirə səfəri xarakteri daşıyan bu səfər zamanı Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Daşkənd, Buxara və Səmərqəndi ziyarət edəcək, özbək torpağının tarixi, dini məkanlarına baş çəkəcəklər. QMİ sədri A. Paşazadənin başçılıq etdiyi nümayəndə heyətini Özbəkistan dövlətinin rəsmilərinin qəbul edəcəyi gözlənilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır