Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Höccətul İslam Fəxri İlyasov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) şərlənilir. O və digər ruhani Höccətul İslam Azər Cəbiyev yanvar ayında Gürcüstana gedərkən, sərhəd postunda həbs ediliblər. Artıq Gəncənin Nizami Rayon Məhkəməsi Höccətul İslam Azər Cəbiyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.
Vəkil Elçin Namazov öz açıqlamasında bildirib ki, Höccətul İslam Azər Cəbiyevin məhkəmə prosesindən hazırlanan protokollarla tanış olmaq istəyir: “Həmin protokollar hazır olmadığına görə mayın 16-da hakim Gündüz Şirinovdan prosesinin təxirə salınmasını xahiş etdim. İndiyə qədər cəmi bir proses keçirilib, o da məhkəmə hazırlığı. Mayın 20-də məhkəmə istintaqı başlayacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır