Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam-Azeri.az-a məlumat verən dindarlar axtarışın polis və prokurorluq əməkdaşlarının apardığını önə çəkiblər.
Məlumatda qeyd olunur ki, barəsində 221.1.1 maddəsilə cinayət işi açılan Füzuli rayonundan məcbiri köçkün Şirxan Orucovun evinə daxil olan əməliyyat qrupu axtarışı sona bitirib.
Bundan başqa Bakıxanov qəsəbəsinin digər sakini 6 may aksiyasında həbs edilən dindar Zaur İsgəndərovun da evində axtarış aparılıb.
Qeyd edək ki, bu ilk haldır ki, polis və prokurorluq 6 may "Hicaba azadlıq" aksiyasında həbs olunanların evində axtarış aparıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır