Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aksiya iştirakçısı olmuş Çingiz Novruzovun yaxınlarının bildirdiyinə görə, saxlanıldığı Nərimanov Rayon Polis İdarəsi onun hansı maddə ilə ittiham edildiyi haqda heç bir məlumat vermir. Çingiz Novruzov Nərimanov Rayon Polis İdarəsinə mayın 13-ü saat 13 radələrində aparılıb. Hazırda ailə Çingiz Novruzovun hüquqlarını müdafiə etmək məqsədilə vəkillə danışıqlar aparır.
Mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilmiş aksiyaya görə Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) cinayət işi açılıb. Çingiz Novruzova qədər 6 may aksiyasına görə 5 nəfər həbsdə idi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır