16 may 2011 - 19:30

Eyni hadisə ötən həftə Nijni Novqorodun “Rumyantsevo” qəbiristanlığında baş vermişdi. Burada 30 müsəlman qəbri təhqir olunmuşdu.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın Nijni Novqorod şəhərinin daha bir qəbiristanlığında – “Marina roşa”da 70-ə yaxın müsəlman qəbrinin daşları korlanıb.

Şəhər Daxili İşlər İdarəsinin mətbuat katibi İrina Zaytseva bildirib ki, 68 müsəlman qəbrinin üstündəki şəkillər və lövhələr qara boya ilə rənglənib.

 Eyni hadisə ötən həftə Nijni Novqorodun “Rumyantsevo” qəbiristanlığında baş vermişdi. Burada 30 müsəlman qəbri təhqir olunmuşdu.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır