Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Salyan rayonunda gənc oğlan özünü öldürüb. Rayon Prokurorluğundan verilən məlumata görə, Yenikənd kəndində yaşayan 23 yaşlı Şahmar Balayev yaşadığı evin həyətində özünü asıb.
Mərhumun meyitini atası səhər tezdən aşkarlayıb. Ş.Balayevin özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır