13 may 2011 - 19:30

Misirin keçmiş prezidenti Hüsnü naMübarəkin həyat yoldaşı Süzan naMübarək stenokardiya şübhəsi ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Misirin birinci telekanalının məlumatına görə, keçmiş birinci xanımın təzyiqi də kəskin yüksəlib.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Eks-prezidentin həyat yoldaşı qeyri-qanuni varlanma ittihamları ilə bağlı bir neçə saat ərzində müstəntiqlərin suallarını cavablandırıb. Müstəntiqlər şübhələnirlər ki, Süzan naMübarək həyat yoldaşının vəzifəsindən varlanmaq üçün istifadə edib. Daha dəqiqi, onun rəsmi gəlirləri ilə mütənasib olmayan əmlak və bank hesabları siyahısı hazırlanıb.

Dindirmədən sonra Süzan Mübarəkin 15 gün müddətinə həbsi barədə qərar çıxarılıb. Eks-prezidentin həyat yoldaşı Qahirə yaxınlığındakı həbsxanaya köçürülmə təhlükəsi ilə üzləşib.

***

Hüsnü Mübarəkin arvadı da həbs olundu

Mayın 13-də Misirin sabiq prezidenti Hüsnü naMübarəkin xanımı Suzanna naMübarək 15 gün müddətinə həbs edilib. “Media forum” saytı xəbər verir ki, iqtisadi cinayətlərdə təqsirli bilinən Suzanna dindirmədən sonra tutulub. Onun dindirilmə prosesi mayın 12-də başlayıb.

Hüsnü Mübarək özü də mayın 12-də axşam dindirilib. Prokurorluq dindirmə zamanı ona qarşı bütün ittihamları rədd edən sabiq prezidentin saxlanma müddətini 15 gün artırıb.

1981-ci ildən Misirə rəhbərlik edən Hüsnü naMübarək fevralın 11-də istefa verib. Ölkədə yanvarın sonlarından başlayan, toqquşmalarla müşayiət olunan, 385 nəfər ölməsi, 5 mindən çox insanın yaralanması ilə nəticələnən xalq hərəkatı sonda onu hakimiyyəti orduya təhvil vermək məcburiyyətində qoyub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır