11 may 2011 - 19:30

Xatırladaq ki, bir müddət öncə Ben Əlinin dövlət müşavirlərindən biri onun işğalçı İsrail rejiminin MOSAD kəşfiyyat təşkilatı ilə sıx əlaqədar olduğunu və dovlət sirlərini bu təşkilata ötürməyini aşkarlamışdır.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tunis Fövqəladə Məhkəməsi sabiq prezident Zeynalabdin Ben Əlinin işinin Hərbi Prokurorluğa verilməsi qərarı qəbul edib.

Sabiq daxili işlər naziri Belhac Kasemanın və təhlükəsizlik xidməti rəhbərlərindən birinin işi də prokurorluğa göndərilib.

Ədliyyə naziri Lazar Karui Şebbinin bəyanatına əsasən, Səudiyyə Ərəbistanına qaçan sabiq prezident Ben Əli Cinayət Məcəlləsinin 18 maddəsi ilə ittiham olunur. Bu maddələrin bəzilərində ölüm hökmü nəzərdə tutulur.

Xatırladaq ki, bir müddət öncə Ben Əlinin dövlət müşavirlərindən biri onun işğalçı İsrail rejiminin MOSAD kəşfiyyat təşkilatı ilə sıx əlaqədar olduğunu və dovlət sirlərini bu təşkilata ötürməyini aşkarlamışdır.

Yanvarın 14-də ölkəni tərk edən Zeynalabdin Ben Əli bir gün sonra Konstitusiya Şurasının qərarı ilə hakimiyyətdən uzaqlaşdırılıb. 1987-ci ildən Tunisi idarə edən Ben Əli hakimiyyətdən bir ay davam edən xalq hərəkatı nəticəsində əl çəkməli olub. Hökumət qüvvələri ilə xalq hərəkatı iştirakçılarının toqquşmaları 80-dək adamın həlak olmasına gətirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır