10 may 2011 - 19:30

Barak Obama böyük həyəcanla Əl-Qaidə lideri Üsama bin Ladenə qarşı hücumun keçirilməsinə göstəriş verdiyini bildirib.

Əhli Beyt ABNA xəbər agentliyinin“Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə əsasən: ABŞ prezidenti  bazar günü CBS kanalında yayımlanan “60 dəqiqə” verilişinə verdiyi müsahibəsində  Bin Ladenin evində keçirilən əməliyyatın uğurla başa çatmasının onun üçün mühüm olduğunu deyib. Obama bir neçə il bundan əvvəl qızlarından birinin miningit xəstəliyinə tutulduğu vaxt, bir də Bin Ladenə qarşı keçirilən əməliyyat zamanı həyacanlandığını söyləyib.

O, Bin Laden əməliyyatı zamanı həyatının ən həyəcanlı 40 dəqiqəsini yaşadığını da etiraf edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır