10 may 2011 - 19:30

İlkin ehtimala görə, hadisəni D.Vəliyevanın həyat yoldaşı törədib.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 11-də səhər saatlarında İsmayıllı rayonunda qətl hadisəsi törədilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun mərkəzində yaşayan 1972-ci il təvəllüdlü Vəliyeva Dilarə İbrahim qızı küt alətlə vurularaq qətlə yetirilib. Onun qardaşı, 1957-ci il təvəllüdlü Vəliyev Ələkbər İbrahim oğlu isə yaralı vəziyyətdə aşkarlanıb. O, xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, hadisəni D.Vəliyevanın həyat yoldaşı törədib. Hazırda həmin şəxsin saxlanması istiqamətində iş aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır