Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Qaradağ rayonu ərazisində iki həftə əvvəl yoxa çıxan məktəblinin meyiti tapılıb. Bu barədə rayon porokurorluğundan məlumat verilib. Qeyd edək ki, bir neçə gün əvvəl 17 yaşlı Afiq Cavadlının yoxa çıxması barədə məlumat vermişdik.
Belə ki, A.Cavadlı aprelin 27-də atasının avtomobilini götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Lakin həmin gün maşın əzilmiş vəziyyətdə tapılsa da, A.Cavadlıdan xəbər çıxmayıb. Ötən gün məktəblinin meyiti tapılıb. Onun meyiti Sahil qəsəbsi V.Əliyev küçəsi 1B ünvanındakı yarımçıq tikilidə aşkarlanıb. Meyitin müayinəsi zamanı onun avtomobillə vurularaq ölməsi məlum olub. Mərhumun bədəninin müxtəlif yerlərində xəsarətlər və 6-7 qabırğasının sındığı üzə çıxıb.
Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır