Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Avropa Birliyi mayın 9-da Suriyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyaya əsasən, ölkəyə silah və repressiyalarda istifadəsi mümkün başqa vasitələrin ixracı qadağan olunur, dinc əhaliyə divan tutulmasına cavabdeh 13 Suriya rəsmisinin Avropa Birliyi ölkələrinə girişi yasaqlanır, onların Avropadakı bank hesabları dondurulur.
Mart ayından Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir. Hökumət qüvvələri aksiyaları qanla yatırmağa səy göstərir. Bəzi məlumatlara görə, indiyəcən 600-dən çox adam həlak olub, 8 min nəfər həbsə alınıb və ya itkin düşüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır