8 may 2011 - 19:30

Stansiya mayın 8-də işə salınsa da, iki aydan sonra enerjisi şəbəkəsinə qoşulması planlaşdırılır.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın "Buşəhr" atom elektrik stansiyasının reaktoruna nüvə yanacağının yerləşdirilməsi başa çatıb.

Stansiya mayın 8-də işə salınsa da, iki aydan sonra enerjisi şəbəkəsinə qoşulması planlaşdırılır.

"Buşəhr" AES ildə 1000 meqavat enerji istehsal edəcək.

Bu stansiyanın tikintisini 1995-ci ildə Tehranda İran və Rusiya arasında imzalanmış müqaviləyə əsasən, Rusiyanın "Atomstroyeksport" şirkəti aparır. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. "Buşəhr" nüvə stansiyasında işlər 1999-cu il yanvarın 8-nə kimi tamamlanmalı idi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır