Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən Azərbaycan İslam Partiyasının növbəti baş məclisis keçirilib. Baş məclisin gündəliyində ötən dövr ərzində partiyanın həyata keçirdiyi tədbirlər, ölkənin ictimai-siyasi vəziyyəti haqda müzakirələrin aparıldığını deyən Akif Heydərli, partiyanın növbəti kütləvi etiraz aksiyası keçirmək üçün hazırlıq işləri görüdüyünü bildirdi:
“Baş məclisdə əsasən AİP sədrinin qondarma ittihamlarla həbs olunması, partiya strukturunun gücləndiriliməsi, ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub. Bildiyimiz kimi Azərbaycan hakimiyyəti AİP-in fəaliyyətini süni maniələr yaratmaq üçün partiya funksionerlərini həbs ediblər. Bizdə AİP olaraq partiyanın iş strukturtunu gücləndirmək üçün həbs olunan partiya funksionerlərini yerinə növbəti şəxslər təyin etdik. İlkin olaraq baş məclisdə çıxış edən AİP sədri Elçin Manafov, partiyanın verdiyi bəyanatlar, AİP sədri haqqında aparılan istintaqın gedişindən və partiyanın aksiya keçirməsi üçün Bakı şəhər İcra hakimiyyətinə ediləcək müraciət haqqında məruzə ilə çıxış etdi” - deyə Akif Heydərli əlavə etdi.
Bundan sonra AİP sədrinin ictimai məsələlər üzrə müavini İnqilab Əhədlinin Mövsüm Səmədovun istintaqı haqqında çıxış etdiyini deyən Akif Heydərli, istintaqın düzgün aparılmadığın və gec həyata keçirildiyini qeyd etdi: “Baş məclisdə ən geniş müzakirə olan məsələlərdən biri də AİP-in keçirmək istədiyi növbəti mitinq ilə əlaqədar idi. Bildiyimiz kimi AİP iki dəfə Bakı şəhər İcra hakimiyyətinə mitinq keçirmək ilə əlaqədar müracəit etmişdi. Lakin heç birində müsbət cavab almamışdır.
Baş məclisdə prezidentlə görüşmək üçün məktub hazırlandı və AİP-in baş məclisinin adından ölkə başçısına ünvanlandı. Əgər məktubumuza müsbət cavab verilsə , görüş zamanı baş vermiş problemlərimiz müzakirə olunacaq. Mənfi cavab gəldiyi halda isə növbəti dəfə razılaşdırlımış aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Yenə də müraciətimiz qəbul olunmasa artıq AİP baş verə biləcək hadisələrin məsuliyyətini öz üzərindən götürəcək. Baş məclisin sonunda partiyanın bəyanatı qəbul olunub - deyə Akif Heydərli son olaraq vurğuladı.
Qeyd edək ki, dünən AİP-in baş məclisində Akif Heydərli partiya sədrinin siyasi məsələlər üzrə müavini, Arif Qəniyev təşkilati məsələlər üzrə, İnqilab Əhədli ictimai məsələlər üzrə müavin, Cavid Alışov isə AİP mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Baş məclisin sonunda partiyanın bəyanatı qəbul olunub. Bəyanat deyilir:
"Azərbaycan İslam Partiyası ölkəmizin ərazi bütövlüyünün uzun illər təmin olunmamasından ciddi narahat olduğunu bəyan edir. Biz bu problemin sülh yolu ilə həllini üzərinə götürən beynəlxalq təşkilatların aldadıcı manevrlərinə son qoyulmasını tələb edirik və düşünürük ki, torpaqlarımızın geri qaytarılması üçün xalqın birliyi, iradəsi, şücaəti ən vacib şərtdir.
Bəyan edirik ki, bu gün düşmən vətənimizi parçalamaqla kifayətlənmir, ölkəmizə daha dərindən nüfuz etməyə səy göstərir. İctimai həyatda sabitliyi pozmaq, xalqın ayrı-ayrı təbəqələri, sadə vətəndaşlarla hakimiyyəti qarşı-qarşıya qoymaq üçün xain qüvvələr müxtəlif hiylələrə əl atırlar. Milli-mənəvi dəyərlərə həqarət olunur, müqəddəs dinimiz, onun atributları və daşıyıcıları təhqir edilir, azad fikirli insanlar isə günhasız yerə həbsxanalara atılır. Təəssüflər olsun ki, bəzi hakimiyyət dairələri xarici qüvvələrin siyasi maraqlarını təmin etməkdən, Konstitusiyamıza, insan azadlığına zidd mövqedə dayanmaqdan çəkinmirlər.
Dövlətimizin sabitliyini təhlükə altına qoyan məqamlardan biri də xain qüvvələrin xalqa qarşı hörmətsizliyi və xalqın etiraz səsinin boğulmasına edilən cəhdlərdir. Belə ki, AİP-in ardıcıl iki dəfə dinc mitinq keçirmək barədə BŞİH-ə müraciətinə mənfi cavabın verilməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Çıxış yolunu tapmaq üçün biz dövlət başçısı ilə görüşərək, birgə müzakirələrə aparmağı zəruri hesab edirik. Bu addım tərəfdarlarımızın etimadını doğrultmaq, məsuliyyətini dərk etməklə atılır. Dövlət başçısından müsbət cavab alacağımıza və qısa vaxt ərzində görüşəcəyimizə ümid edirik. Bundan sonra yalnız mitinq üçün Bakı Şəhər İH-ə sonuncu müraciətimiz və nəhayətdə baş verə biləcək hadisələrdən öncə məsuliyyəti üzərimizdən götürmək qalır."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır



