6 may 2011 - 19:30

Leyla Yunus: "Korrupsiya iqtidarın damarındakı qanına da keçib. İnanmıram ki, onlar damarlarını kəsib ölsünlər" "H.Abutalıbov deyir ki, vətəndaşlar öz evlərini hökumətə yox, fiziki şəxs Rüfət Kazımova satsınlar"

Əhli Beyt - ABNA - xəbər agentliyinin verdiyi xəbərə əsasən: Faktxeber.com saytı Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus ilə aktual çox maraq doyuran məqamlar haqqında müsahibə almışdır. Müsahibəni diqqət nəzərinizə çəkirik.

- Leyla xanım, beynəlxalq təşkilatlar niyə islamçıları müdafiə etmirlər?

- Mən belə düşünmürəm. Sülh və Demokratiya İnstitutu kimə məhkəmələr qanunsuz cəza kəsibsə, onları siyahıya alır və beynəlxalq təşkilatlara göndərir. Mən heç vaxt kiməsə ayrı-seçkilik olunsun, yaxud kimisə tanımasınlar və sair hallara rast gəlməmişəm. İslam Partiyasının rəhbərini bu il tutublar, bu məlumatları biz indi yazırıq. Əminəm ki, heç bir ayrı-seçkilik olmayacaq. 2002-ci ildə Nardaran hadisələrində polis dindarlara qarşı zor işlədib həbs edəndə biz onları siyahıya aldıq. Bu siyahılarla Avropa Şurasının Siyasi Məhbuslarla üzrə Komissiyası işləyir. Yanvar ayında həbslər baş verəndən sonra qərb diplomatları məndən islamçılarla görüş təşkil etməyi xahiş etdilər. Yanvarın 25-də biz görüş təşkil etdik. ABŞ, Norveç səfirliklərinin nümayəndələri İslam Partiyasının üzvləri və onların ailə üzvləri ilə bizim ofisdə 2 saata yaxın görüş keçirdilər.

- Beynəlxalq təşkilatların insan haqları ilə bağlı verdiyi rəylər obyektiv olur, yoxsa qərəzli?

- Beynəlxalq Amnistiya, İşgəncələrə Qarşı Dünya Təşkilatı, Human Rights Watch, Sərhədsiz Reportyorlar, ATƏT, Avropa Şurası, Avropa Birliyi və sair təşkilatların hesabatları mən deyə bilərəm ki, tam obyektivdir, reallığı 100 faiz əks etdirir. Ancaq ola bilsin ki, hansısa məsələ orada yer almayıb, onun da səbəbi məlumatın çatmamasıdır. Amma Birləşmiş Millətlər Təşkilatının Bakı ofisi çox zəif işləyir. Elə bil yoxdur. Onlar heç Çin qaçqınlarına da kömək etmirlər. Hesab edirəm ki, onların hesabatları obyektiv deyil. Çalışırlar ki, heç kimə dəyməsinlər.  Avropa Birliyi obyektiv bəyanatlar qəbul edir. Bütün təşkilatlar reallığı göstərirlər, sadəcə bu nisbidir.

- Mayın 10-da əfv, yaxud amnistiya ola bilərmi?