6 may 2011 - 19:30

(Müəllif Ilya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazı)

Sən Moskvaya gedirsən... mən isə xərçəngəm

başlanğıcı ötən saylarımızda

Kommunistsənsə, azad deyilsən...

Özüm üçün çoxdan yəqin etmişdim: kommunist kimi azad olmaq mümkün deyil. Mən kimin üçünsə alət və vasitəyə çevrilə bilməzdim. Mən Əliyevlə daha yaxından tanış olandan sonra bunu bir daha yəqin etdim. Onun məqsədə çatmaq üçün  istifadə etdiyi vasitələr mənim vicdan prinsiplərimə yaddı. Mən Rusiyadan getmək qərarına gəldim. Ikiüzlülük olub və olacaq, vicdanla yaşamaq istəyirsənsə, ya mübarizə aparmalısan, ya da çıxıb getməlisən. Getmək yaxşı arzuydu, amma çox çətindi. Çünki birinci dəfə görürdüm ki, dostlar necə də asan səndən üz döndərə bilərlər, yazıqları gələr, kömək etməyə cəsarətləri çatmaz. Alçalmamağa cəhd göstərirsən, tək qalırsan. Həqiqətə qovuşanda daha bir istəyin külə dönür. Bəlkə də küldən öd törəməsi üçün... Insanlar reallıqla arzularının qovuşacağına inanırlar.

Yaltaqlar xoru və akademikin “səriştəsizliyi”...

Əliyevin səs-küylü yaltaqlar xorunda karyera qazandıran bir amili unutmaq olmaz: burda daimilik yoxdur, münasibətlərin yaxşılığı müvəqqətidir və səni cəzadan bir müddət sığortalayır. Bu xorda bir adamın, MK katibi Cəfərovun öz sözünü demək cəsarəti vardı, o bəzən çox məharətlə sözləri oynatmaqla birbaşa Əliyevin fikirlərinə, əsassız qərarlarına  qarşı çıxırdı. O, çox savadlı və ağılı idi. Bilirdi ki, onsuz da Əliyev onu işdən çıxaracaq. Ancaq Əliyev onu vəzifədə saxlayırdı, zahirən özünü bitərəf göstərir, başqaları vasitəsi ilə gizli şəkildə, məharətlə ona qarşı hücuma keçirdi. Bu,