Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin sevincinə və dostların narahatlığına səbəb olacaq hərəkətləri qəbul olunmaz adlandıraraq, bu kimi hərəkətlərdən çəkinməyi zəruri hesab edib.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahil Üzma Xamenei Ali Vilayətlər Şurasının üzvləri və vilayət mərkəzlərinin merləri ilə görüşdə şəhər və kəndlərdəki İslam Şuralarını İran İslam Respublikası quruluşunun iftixarlarından və xalqın istəyi ilə formalaşan qurumlardan hesab edib.
Həzrət Ayətullahul Üzma Xamenei Şuralar qurumunu son dərəcə mühüm, dəqiq, həssas və dərin mənaya malik mövzulardan adlandırıb və deyib: Konstitusiyada nəzərdə tutulan şəhər və kəndlərdə İslam Şuralarının yaradılması prinsipi İran İslam Respublikası quruluşunun ölkənin idarə edilməsində fikir müxtəlifliyinə, məsləhətləşmələrə və çeşidli baxışlara diqqət və əhəmiyyət verməsinin nişanəsidir və bu məsələ irticaçı və zorakı quruluşların tam qarşı tərəfində yer alan bir məsələdir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə edib: İran İslam Respublikasının iftixarı odur ki, elə ilk gündən xalqın baxışı, nəzəri və istəyi ciddi şəkildə diqqət mərkəzində saxlanılıb.
O həzrət sözlərinin davamında şuraların ölkənin idarə olunmasında təsirli rola malik olduqlarını qeyd edərək, şuraların qorunması və gücləndirilməsini zəruri adlandırıb və deyib: Şuralar haqda mühüm məsələlərdən biri bu ictimai qurumda ölkənin çeşidli iqlim , adət və ənənələrinə cavabdeh olmaqdır.
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası quruluşunun əsas və önəmli xüsusiyyətlərindən müstəqillik və mahiyyətinə işarə edərək, vurğulayıb: İran İslam sayəsində öz iranlı mahiyyətini qorumağa nail oldu və bu həqiqət bütün xidmət sahəsində özünü büruzə verməlidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır