30 aprel 2011 - 19:30

"Bu iclasda Azərbaycan Respublikasındakı mövcud siyasi və ictimai vəziyyət haqda müzakirə ediləcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Respublikası İslam Partiyasının müvəqqəti sədri bu partiyanın Ali Məclisinin gələcək iclasına işarə edərək deyib: "Bu iclasda Azərbaycan Respublikasındakı mövcud siyasi və ictimai vəziyyət haqda müzakirə ediləcək".

Bizim Yol qəzetinə müsahibəsində bu məqama toxunan Elçin Manafov İslam Partiyasının aksiya icazəsi almaq üçün Bakı Meriyasına 3-cü dəfə olaraq müraciət etmək istəməyəcəyinə təkid edərək deyib:" Bu mövzu Ali Məclisin iclasında araşdırılacaq".

Azərbaycan Respublikası İslam Partiyası bundan öncə bildirmişdir ki, bu ölkənin işğal edilmiş ərazilərinin azad edilməsi üçün effektli reaksiyanın verilməsi, hicab qadağasının ləğv edilməsi ,habelə hicab müdafiəçiləri olan islamçı məhbuslarının azad edilməsi üçün aksiya keçirəcəkdir. Partiya bu haqda 2 dəfə Bakı Meriyasına müraciət etsə də, hər iki dəfə də meriyanın müxalifəti ilə üzləşib.

İslam Partiyasının müvəqqəti sədri bundan öncə də Bakı Meriyasının müxalifətlərinə reaksiyada bu cür hərəkətlərin müsəlmanların səbrinin tükənməsinə səbəb olacağını bildirmişdi.

" Azərbaycan Respublikasının müsəlman xalqının istəkləri, qanuni istəklərdir. Azərbaycan Respublikası xalqı, Qarabağ Münaqişəsinin həlli istiqamətində təsirli reaksiyaların göstərilməsi zəruriliyi haqda təkid üçün aksiya keçirməkdə özlərini haqlı bilirlər. Bu xalq həmçinin Azərbaycan Respublikasında anti-İslami təzyiqlərin dayandırılması ,habelə hicab müdafiəçisi olan islamçı məhbusların sərbəst buraxılmasının tələb edilməsi haqda aksiya keçirməkdə özünü haqlı bilir" –deyə Elçin Manafov bildirmişdir.

Eyni halda Azərbaycan Respublikasında hicab müdafiəçisi olan islamçı fəalların qeyri-qanuni həbsinin davam etməsi ilə onlardan ikisi " Ölümə qədər aclıq aksiyası"na başlayıblar.

Keçən 16 yanvarda Azərbaycan Respublikasında hicabla mübarizəyə etiraz etdiklərinə görə saxta bəhanələrlə polis tərəfindən həbs edilmiş Höccətül-İslam Azər Cəbiyev və Höccətül-İslam Fəxri İlyasov məhkəmənin ədalətsizliyinə etiraz olaraq, ölümə qədər aclıq aksiyasına başlayıblar.

Höccətül-İslam Azər Cəbiyev və Höccətül-İslam Fəxri İlyasovun vəkilləri olan Elçin Namazov müvəkkillərinin məhkəmə prosesindən narazı qaldıqlarını bildirərək, deyib:" Şahidlərin bu iki ruhaniyə qarşı ifadə verməməsinə rəğmən, hakim onlara cəza kəsibdir, buna görə də onlar bu prosesə etiraz olaraq, ölümə qədər aclıq aksiyasına başlayıblar və onların vəziyyətləri də ağırdır".

Elçin Namazov bu iki ruhaninin həbs edilməsinin sifariş əsasında həyata keçirildiyini bildirərək, deyib:" Məhkəmə prosesinin ədalətsiz olmasına görə, Azərbaycan Respublikası prezidentinə müraciət edəcəyik".

Eyni halda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da Höccətül-İslam Cəbiyev və Höccətül-İslam İlyasovun aclıq aksiyasına başlamalarına işarə edərək, bu aclıq aksiyalarının Azərbaycan Respublikasının məhkəmə sisteminin ədalətsiz olduğunun göstəricisi olduğunu deyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır