Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Son günlər düşmən qüvvələrinin atəşkəs rejimini pozması daha da intensiv xarakter alıb.
Lakin Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün cəhdlərinin qarşısını alır, ona layiqli cavab verir.
Aprelin 29-da növbəti dəfə düşmən mövqelərini susduran Azərbaycan əsgərləri daha iki erməni hərbçini məhv edib, birini isə yaralayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Onların adı hələlik açıqlanmır.
Qeyd edək ki, aprelin 28-də də düşməni cavab atəşi ilə susduran Azərbaycan əsgərləri bir düşmən əsgərini – Vazgen Baxşiyanı məhv edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır