Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Böyük Rəhbəri İmam Xamnei buyurub: İran xalqı və İslam Respublikası quruluşu region xalqlarının əzəmətli qiyamları silsiləsində həmişəkindən artıq xalqların diqqətini çəkdi və hörmət qazandı.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei bu gün aprelin 27-də İranın müxtəlif yerlərindən minlərlə fəhləni qəbulu zamanı region məsələləri və İran qarşısında düşmənlərin iflasa uğramalarına toxunaraq buyurub: Regionun sabahı xalqların İslam yolunda səyinin bərəkəti və hərəkəti ilə bugünkündən daha yaxşı olacaqdır.
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: İmperializm quruluşu İran İslam Respublikasına zərbə vurmaq üçün səylərini davam etdirdilər. Onlar İranı təcrid etməklə İslam quruluşunun digər xalqlara ilhamverici olmamasını istəyirdilər. Lakin İran xalqı və İslam Respublikası region xalqlarının qiyamlarında həmişəkindən daha çox xalqların diqqətini cəlb etdi və hörmət bəsləmələrinə səbəb oldu. ABŞ hökuməti də region xalqlarının zehnlərində ən mənfur hökumətlərdəndir.
Beynəlxalq Fəhlə Günü ərəfəsində baş tutan bu görüşdə sözlərinin davamında inkişafı İran xalqının aydın və qəti taleyi adlandıran Böyük Rəhbər İslamda fəhlənin önəmli yerinə toxunaraq bildirib: Bütün hökumət və qeyri-hökumət orqanları və xalqın "İqtisadi Cihad ili"nin lazımi məsələlərinə sadiq qalmaları İranda böyük inkişafın baş verməsinə səbəb olacaq.
Həzrət Ayətullah əl-Üzma Xamenei xatırladıb ki, düşmən mədəniyyət, təhlükəsizlik və siyasət sahəsində düşmənçilikdən əlavə İslamla və İslam Respublikası ilə mübarizəni əsasən iqtisadiyyat üzərində qurub. Elə buna görə də bəsirətli olaraq düşmənə qarşı mübarizə və cihada ehtiyac var.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır