26 aprel 2011 - 19:30

Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, bir aya yaxındır 2 aprel mitinqinə görə xeyli şəxs həbsə alınıb: “Lakin indiyə qədər heç bir istintaq hərəkətləri aparılmır. Sadəcə, yeni şəxslər saxlayır, onlara cinayət işi açırlar”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İctimai Palatanın 2 aprel mitinqinə görə tutularaq cinayət məsuliyyətinə alınan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatətə baxılıb. “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, aprelin 27-də Səbail Rayon Məhkəməsinin hakimi Famil Nəsibov Arif Hacılının hüquqlarını müdafiə edən vəkillərin vəsatətini qəbul etməyib: “Arif Hacılı barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarı da hakim Famil Nəsibov çıxarmışdı. Bu səbəbdən biz hakimə etirazımızı bildirdik. Lakin bu vəsatətə də təmin olunmadı”.

Arif Hacılı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur. Aprelin 4-də Səbail Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, bir aya yaxındır 2 aprel mitinqinə görə xeyli şəxs həbsə alınıb: “Lakin indiyə qədər heç bir istintaq hərəkətləri aparılmır. Sadəcə, yeni şəxslər saxlayır, onlara cinayət işi açırlar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır