23 aprel 2011 - 19:30

İmam Xamenei: Hazırda İrandakı üçlük hakimiyyət orqanları xüsusilə hökumət insafla baxsaq həqiqətən xidmət və səy göstərməklə məşğuldur və İran xalqı və Rəhbərlik daim ölkədə iş və xidmət xəttini himayə edəcəklər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Böyük Rəhbəri Xamnei buyurub: Regionda cərəyan edən islami oyanış dalğası qətiyyətlə nəticə verəcək.

Həzrət Ayətullah əl-Üzma İmam Xamenei keçən gün İranın Fars vilayətində minlərlə insanın o həzrətlə görüşündə çox mühüm sözlərdə İslami Oyanışa görə dünya və regionun hazırkı həssas vəziyyətini şərh edərək İran xalqı və məsul şəxslərə öz vəhdət və möhkəmliklərini qorumağı habelə, İslami Quruluş düşmənlərinin əlinə bəhanə verməməyi tövsiyə edərək, deyib: " Hazırda İrandakı üçlük hakimiyyət orqanları xüsusilə hökumət insafla baxsaq həqiqətən xidmət və səy göstərməklə məşğuldur və İran xalqı və Rəhbərlik daim ölkədə iş və xidmət xəttini himayə edəcəklər.

İslam İnqilabının Böyük Rəhbəri regionda cərəyan edən hadisələr qarşısında Amerika, Avropa və sionistlərin çaşbaş qalmasına işarə edərək belə xatırladıb: " Hegemon qüdrətlərin bütün səyləri bu məsələyə yönəlibdir ki, regionda cərəyan edən hadisələrə hakim olsunlar. Amma, bu İslami Oyanış bitən məsələ deyil və bu önə doğru hərəkətin geriyə dönüşü olmayacaq".

İslam İnqilabının Böyük Rəhbəri sonra əlavə edib: " Bu hərəkətin sonu və gələcəyi region xalqlarının xeyrinə olacaq. Amma, onlar tam şəkildə ayıq və muğayat olmalıdırlar, çünki düşmən bu hərəkəti yayındırmaq üçün pusquda oturub".

Həzrət Ayətullah əl-Üzma İmam Xamenei Bəhreyn, Yəmən və Liviya xalqlarına qarşı aşkar zülmə işarə edərək belə vurğulayıb: "Regionda, xüsusilə bu üç ölkədə baş verən hazırkı hadisələrin təhlili göstərir ki, Qərb ölkələri xalqlara zülm ediblər və onlara göz yumulmayacaq".

İslam İnqilabının Böyük Rəhbəri Amerika və Qərbin region xalqlarına qarşı zülmlərinin əsas səbəbinin, saxta İsrail rejimi olduğunu bildirərək, qeyd edib: " Regionda cərəyan edən hazırkı hadisələrdə ən çox zülm Bəhreyn xalqına edilib".

Böyük Rəhbər İranın regionun məsələlərinə müdaxiləsi iddiasına işarə edib, bu məsələnin əsassız olduğunu bildirərək, belə əlavə edib: " İran İslam Respublikası özünün açıq mövqeyini bildirməkdən əlavə Bəhreyn, Yəmən və Liviyada hansı müdaxilələri edibdir?"

İslam İnqilabının Böyük Rəhbəri sonra söyləyib: " Bəhreyn xalqının etirazları doğru və haqlıdır və əgər Bəhreyn xalqının vəziyyəti, onların hökumət növü və bu ölkə hökmdarlarının hökumətdən istifadə metodu açıq fikrə malik olan bir şəxsə bildirilərsə, mütləq Bəhreyn hökumətinin rəftarı pisləniləcəkdir". 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır