Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aprelin 21 cümə axşamı günü Azərbaycan İslam Partiyasının sabiq sədri Şəhid Hacı Əlikram Əliyevin 40 mərasimi keçirildi.
Mərasimdə xeyli sayda insan kütləsi iştirak etmişdir. İzdihamla keçən məclisdə dini alimlər, rozaxanlar və ictimaiyyətin digər savadlı təbəqələrindən olan şəxsiyyətlər də mərhum şəhidin ailəsinə baş sağlığı verməkdən ötrü gəlmişlər. Mərasimdə Ölkədnin xaricindən gələn dini alim və siyasi iş adamları da iştirak edirdilər. O, cümlədən Dünya Əhli Beyt (əleyhimus səlam) assambleyasının sədri Höccətül İslam vəl-Müslimin cənab Əxtəri, İran İslam Respublikası və Azərbaycan cümhuriyyətinin dostluq təşkilatinin sədri və Ərdəbilin millət vəkili Seyyid Kazım Musəvi, Dünya Əhli Beyt (əleyhimus səlam) assambleyasının Avropa və Amerika qismətinin müdiri Raşidi, Dünya Əhli Beyt (əleyhimus səlam) assambleyasının Azərbaycan Respublikası üzrə nümayəndəsi Ocaq Nejad iştirak etmişlər.
Mərasimdə Dünya Əhli Beyt (əleyhimus səlam) assambleyası tərəfindən nümayədə ünvanında Ocaq Nicat ağa Şəhid Hacı Əlikramın İslam dininə etdiyi xidmətlərdən, hələ kominist dövranında antiislamçılıqla apardığı mübarizələrdən yad edərək onu Əhli Beyt (əleyhimus səlam) məktəbinin çağırışçısı adlandırmışdır.
Qeyd edək ki, Dünya Əhli Beyt (əleyhimus səlam) assambleyasının sədri Höccətül İslam vəl-Müslimin cənab Əxtəri Azərbaycan Cümhuriyyətindən qayıtdıqdan sonra İran İslam Respublikasında Ekspertlər Məclisinin nümayəndələri Ayətullah Seyyid İbrahim, Seyyid Hatəmi və Ərdəbilin İmam Cüməsi, Dünya Müsəlmanlarının Vəliyyi Əmri İmam Xamneyi cənablarının Ərdbil üzrə Nümayəndəsi, Ekspertlər Məclisinin üzvü Ayətullah Seyyid Həsən Amili cənabları ilə görüş keçirtmiş və bölgədə İslam Ümətinin oyanışı haqda, eləcədə Dünya Əhli Beyt (əleyhimus səlam) assambleyasının gördükləri işlər barəsində söhbət açmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Foto islam-azeri saytına məxsusdur
