Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hacı Azər Cəbiyevin vəkili Elçin Namazov bildirib ki, Həbs olunan gəncəli ruhani Hacı Azər Cəbiyevin istintaqında bəzi dəyişikliklər edilib.
Onun sözlərinə görə, məhkəməyə təqdim etdikləri ittiham aktından söyüşə dair hissəni çıxarıblar: “Sonuncu iclasda dövlət ittihamçısı da bunu təsdiqlədi ki, Azər Cəbiyevin söyüşlər söyməsi sübut edilmədiyindən, onu bu hissədə ittiham etmirlər. Həmçinin bunu da deyim ki, polislər Azərin stolu götürdüyünü, ancaq nə üçün götürdüyünü bilmədiklərini önə çəkiblər”.
Hüquqlarını müdafiə etdiyi digər Gəncə sakini və bu bölgənin tanınmış dindarı İlqar Musayevin isə ürəyində ciddi problemlərin olduğunu önə çəkən Elçin Namazov deyib: “26-da onun xəstəliklə əlaqədar buraxılmasını tələb edəcəm. Çünki bu cür vəziyyətdə onun həbsdə saxlanılması düzgün deyil”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır