21 aprel 2011 - 19:30

Azərbaycan İslam Partiyasının (AİP) Mətbuat Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), partiyanın mitinqlə bağlı müraciətinə verdiyi cavabla əlaqədar bəyanat yaymışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: AİP mətbuat xidmətindəm verilən məlumata görə, bu gün (22 aprel) Azərbaycan İslam Partiyasının (AİP) Mətbuat Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), partiyanın mitinqlə bağlı müraciətinə verdiyi cavabla əlaqədar bəyanat yaymışdır.

Bəyanatda bildirilir:

"Partiyanın BŞİH-ə mitinqlə bağlı 11.04.2011-ci il tarixli müraciətinə BŞİH yenə gülünc arqumentlərlə “yox” cavabını vermişdir. Belə ki, AİP müraciətdə aprelin 24-ə təyin olunmuş mitinqə on min nəfər tərəfdarının çıxacağını bildirmiş, BŞİH isə “müraciətdə göstərdiyiniz kimi 10 min nəfərin iştirakı ilə keçirilməsini planlaşdırdığınız mitinqə rəhbərlik etməyiniz çətinlik yarada bilər” – cavabını verərək, tədbirin keçirilməsini məqsədəuyğun hesab etməmişdir.

Qeyd edək ki, biz “Qarabağa azadlıq”, “İslama təzyiqlərə son” və “günahsız məhbuslara azadlıq” şüarları altında kütləvi tədbir keçirməyi qərara almışdıq və bunun məsuliyyətini tam dərk edərək, hər hansı xoşagəlməz hadisənin baş verməyəcəyinə zəmanət verirdik. Təəssüflər ki, insanların bizə olan etimadına şübhə ilə baxan BŞİH-i kütləvi aksiyanın keçirilməsinə icazə vermədi. Biz isə hesab edirik ki, mitinqin razılaşdırılmış qaydada keçirilməsi bütün hallarda ən düzgün addımdır.

Təbii ki, BŞİH-nin məntiqsiz cavabı, tərəfdaşlarımızın hiddətinə səbəb olmuş və çoxsaylı israrlı müraciətlər bizi müvafiq addımlar atmağa məcbur edir."

Qeyd edək ki, növbəti addımlar regionlardan gələn çoxsaylı müraciətlərdən asılı olaraq, partiyanın Ali Məclisinin xüsusi toplantısında qəbul olunacaq qərara əsasən atılacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır