Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aprelin 21-də Çeçenistanın Kurçaloy rayonu ərazisində 2 silahlı şəxs öldürülüb. Onlardan biri dəstə başçısı və “Əl-Qaida”nın emissarıdır.
“RİA Novosti”-nin yayımladığı məlumata görə, Kurçaloy rayonunun Niki-Xita kəndi yaxınlığındakı meşədə operativ-axtarış tədbirləri həyata keçirən milis əməkdaşları bir qrup silahlı şəxslə qarşılaşıblar. Silahlılar müqavimət göstərib. Cavab atəşi ilə dəstə başçısı, 1969-cu il təvəllüdlü İordaniya vətəndaşı Xalid Yusif Məhəmməd Əl-Əmirat və Qroznı şəhərinin 1986-cı il təvəllüdlü sakini, Sultıqov soyadlı şəxs öldürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır