Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu gün keçiriləcək görüşündə iştirak etmək üçün Moskvaya gedib.
Xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini, həmçinin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin gözlənilən görüşünə hazırlıq məsələlərinin müzakirə edəcəklər.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşünün yayda keçiriləcəyini bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır