19 aprel 2011 - 19:30

Azərbaycan Respublikasında həbsdə olan dindarların istintaq prosesi uzadılır, eyni vaxtda əsassız həbslər davam edir. Nədənsə adi vətəndaş haqılarını aşmayan dini haqların müdafiəsində əksər hüquq müdafiəçiləri aktivlik göstərmir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakıda Repressiyaya məruz qalan dindarlar mövzusunda mətbuat konfransı keçiriləcək. 

Azərbaycan Respublikasında həbsdə olan dindarların istintaq prosesi uzadılır, eyni vaxtda əsassız həbslər davam edir. Nədənsə adi vətəndaş haqılarını aşmayan dini haqların müdafiəsində əksər hüquq müdafiəçiləri aktivlik göstərmir.

Bu günədək dindarlara qarşı repressiyalara ən sərt mövqe nümayiş etdirən Leyla Yunus olmuşdur. Xüsusilə Hacı Mövsüm Səmədovun həbsi zamanı məhz Leyla Yunus səsini qaldırmış, bu həbsləri sifarişli adlandırmışdır.

Aprel ayının 22-si, saat 14:00-da Media Mərkəzində Leyla Yunusun iştirakı ilə, repressiyaya məruz qalan dindarlar mövzusunda mətbuat konfransı keçiriləcək.

Ünvan: Dilarə Əliyeva küç. 218 – Neft Akademiyası ilə üzbəüz.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır