19 aprel 2011 - 19:30

İctimai Palatanın Koordinasiya Şurasının iclasında kütləvi mitinqlərin davam etdirilməsinin zəruriliyi bildirilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib.

İclasda qərarların icrası məsələsinə baxılıb. Həmçinin, aprelin 23-də keçirilməsi planlaşdırılan dəyirmi masa və aprelin 29-da keçiriləcək İP-nin sessiyası ilə bağlı müzakirələr aparılıb.

İclasda dünyada və Azərbaycanda gedən ictimai-siyasi durum da müzakirə olunub.

AMİP-in İP-dən çıxması məsələsinin müzakirə olunmadığı iclasda kütləvi mitinqlərın keçirilməsi məsələsinə toxunulub və mitinqlərın davam etdirilməsinin zəruriliyi vurğulanıb. Növbəti mitinqlərın keçirilməsi məsələsinin İP-nin aprelin 29-da keçiriləcək sessiyasında müzakirə olunacağı qeyd edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır