Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının (AİP) həbs olunmuş lideri Mövsüm Səmədovun 2011-ci il yanvarın 2-də Baş Məclisində etdiyi çıxışıla bağlı ekspertiza rəyi açıqlanıb. Bu barədə AİP sədrinin Vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, linqvistik ekspertiza Mövsüm Səmədovun çıxışında hakimiyyətin zorla ələ keçirilməsinə çağırışların olduğunu açıqlayıb. "Mövsüm Səmədovun işi ilə bağlı məhkəmə linqvistik ekspertizasının rəyi açıqlanıb. Rəydə Mövsüm Səmədovun Azərbaycan İslam Partiyasının Baş Məclsindəki etdiyi çıxış, hakimiyyəti zorla ələ keçirmək kimi xarakterizə olunub. Rəyi ekspert Hümbət Vəliyev imzalayıb. Artıq alternativ linqvistik ekspertizanın keçirilməsi üçün vəsatət qaldırmişam. İstintaq qrupunun rəhbəri hələ bu vəsatətimə münasibət bildirməyib”-deyə vəkil əlavə edib.
Qeyd edək ki, linqvistik ekspertizasının rəyinin bu formada açıqlanması bir daha Mövsüm Səmədovun günahsızlığını sübut etdi. Ona görə ki, Hacı Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də İslam Partiyasının Baş Məclisində etdiyi çıxışda bir islami və siyasi partiya sədri kimi məhz faktlara əsaslanaraq ölkədə baş almış qanunsuzluğa, korrupsiyaya, məmur özbaşınalıqlarına və.s kimi haqsızlıqlara öz etirazını bildirmiş və konistutsiyaya uyğun olaraq dövlətdə islahatlaşmanın aparılması naminə xalqı bu xeyir işdə bir olmağa dəvət etmişdir. Məhz Doktor Mövsum Səmədovun 2011-ci il yanvarın 2-də İslam Partiyasının Baş Məclisində tarixi çıxışından sonra Azərbaycan dövləti korrupsiyaya qarşı xüsusi kompaniya yaradaraq ölkədəki xausa son qoymaq qərarın vermişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır