Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: AİP-in sədr əvəzi Hacı Elçin Manafov Azərbaycan İslam Partiyasının mitinqlə bağlı Bakı Meriyasına müraciətinə cavab verilmədiyini bildirdi.
İqtidarın icazə verməsinin onların özlərinə xeyiri olduğunu önə çəkən Hacı Elçin deyib: "Bu icazə ilə onlar demokratiyaya necə əməl etmələrini sübut edəcəklər. Xalq həm dinə təzyiq, həm də ki, sosial tələblərini irəli sürəcəklər. Ancaq ciddi islahatların olmayacağı təqdirdə adətən xalqın səbri tükənir. Səbr tükənməsini isə heç kim sığortalaya bilmir. Daha yaxşı olar söz deməyə imkan verələr və xalq bir az rahatlaya. Biz onların da təklifini müzakirə etməyə hazırıq. Ümid edirəm ki, Meriyanın cavabı müsbət olacaq".
Mitinq keçirməkdə niyyətlərinin təmiz olduğunu önə çəkən AİP-in sədr əvəzi sözlərinin sonunda icazə verildiyi təqdirdə icazəsiz aksiyaya ehtiyacın olmayacağını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır