Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Komitənin Bakı nümayəndəliyindən daxil olan məlumata əsasən, Hacı Mövsüm Səmədovun həbs müddəti artırıldıqdan sonra daha iki ruhani-tələbə üçün məhkəmə prosesi təyin edilib. Hacı Zülfüqarı azadlığa buraxmaqla dini kəsimdə arxayınlıq yaradanlar Hacı Mövsümün həbs müddətini artırmaqla repressiyaların dayanmadığını ortaya qoyublar. Ruhani-tələbələr Azər Cəbiyev və Fəxri İlyasovun da azadlığına ümid edən dini cəmiyyət gözlənilməz qərarla üzləşərsə gərginliyin şiddətlənəcəyi şübhəsizdir.
HHQM MK-ın idarə heyətinin üzvləri qarşıdakı məhkəmənin nəticəsindən asılı olaraq atılacaq addımları müzakirə ediblər.
Xatırladaq ki, Azər Cəbiyev və Fəxri İlyasov 16 yanvar 2011-ci ildə Gürcüstana gedərkən sərhəd keçid məntəqəsində saxlanılıb və daha sonra Gəncə polis bölməsinə gətiriliblər. Onlara qarşı polisə zorakılıq etmə və qərəzli xuliqanlıq hərəkətləri törətmə ittihamı irəli sürülüb. Yanvarın 18-də məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır