Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Həmas, Beynəlxalq Həmrəylik Hərəkətinin üzvü olan və Fələstin tərəfdarı İtalyan sülh aktivisti Vittorio Arrigoninin öldürülməsini qınayıb.
FİM-nin verdiyi xəbərə görə, Həmas sözcüsü, Arriqoninin öldürülməsini "Fələstin xalqının insanlığına zidd" deyə dəyərləndirib və onu qətlə yetirənləri kəskin şəkildə tənqid edib.
Vəhabilər tərəfindən girov tutulan 36 yaşlı italiyalı Vittoriyo Utopiya Arriqoninin cəsədi Qəzzada evlərdən birində aşkar edilib.
"Töhid və Cihad" camaatının lideri Həmas tərəfindən həbs edilib.
Sələfilər italiyalı jurnalisti qətlə yetirdi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır