16 aprel 2011 - 19:30

Məhkəmə Vaqif Abdullayevin həbs müddətini avqust ayının 8-ə qədər uzadıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayevin də məhkəməsi olub. Dünən Nəsimi rayon məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə keçən prosesdə, AİP sədrinin müavini Vaqif Abdullayevin də həbs müddəti uzadılıb. Məhkəmə Vaqif Abdullayevin də həbs müddətini avqust ayının 8-ə qədər artırıb.

Qeyd edək ki, yanvarın 18-də AİP sədrinin müavini Vaqif Abdullayev barəsində də həbs qətimkan tədbiri seçilib. O, 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır