16 aprel 2011 - 19:30

"İsrail Azərbaycanla əlaqələrini İrana zərbə vurmaq üçün genişləndirir"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İfşa olunmuş Amerika Xarici İşlər Nazirliyinə məxsus məxfi sənədlər onu göstərir ki, İsrail məhz Azərbaycan üzərindən İrana qarşı casusluq fəaliyyəti ilə məşğuldur. Bu haqda məlumatı Londonda çap edilən “Əl-ərəbul-Yovm” qəzeti də dərc edib. Məlumatda bildirilir ki, İsrail son dövrlər Azərbaycana neçə yüz milyon dollarlıq silah-sursat satmaqla, əslində bu ölkənin İranla olan uzun sərhəddindən casusluq fəaliyyətləri üçün yararlanmaq məqsədi güdür.

Qeydb edək ki, bundan əlavə İsrail Azərbaycanla əlaqələrini genişləndirməklə bu ölkəni özünə müttəfiq, İrana isə daimi düşmən etmək niyyətindədir. Məlumatda o da bildirilir ki, vaxtilə Azərbaycan Rusiya və Qərbdən silah almaq istərkən onlar bilərəkdən Azərbaycana silah satmadılar, nəticə etibarilə sonda Azərbaycan İsrailə üz tutmaq məcburiyyətində qaldı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır