14 aprel 2011 - 19:30

Semyon İxilov: Əliyevin Yəhudilərə etdiyi xidmət dünyanın heç bir yerində analoqu olmayan bir xitmətdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin “VELFECR.COM “a istinadən verdiyi xəbərə əsasən: Hicabı yasaqlayan, islamçıları zindana atan Əliyev rejimi Azərbaycanda yeni bir Sinaqoqun aılışını keçirtdi.

Bakıda altı aydan az müddət ərzində inşa edilən Sinaqoqun açılışına çoxlu sayda sionistlərin iştirak etdiyi bildirilmişdir.

Azərbaycan yəhudi icmasının sədri Semyon İxilov Sinaqoqun açılış zamanı etdiyi çıxışda mərasim iştirakçılarına təşəkkürünü bildirərək Bakının tarixi yerlərində inşa edilmiş Sinaqoqdan ötrü Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Semyon İxilov çıxışının davamında Əliyevin Yəhudilərə etdiyi xidmətin dünyanın heç bir yerində analoqu olmayan bir xitmət olduğunu vurğuluyaraq bildirmişdir: “Azərbaycan yəhudisi olaraq, bu məbədin inşasında təşəbbüs göstərmiş şəxsən qayğıkeş prizidentimiz İlam Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu çox müstəsna bir haldır. Heç bir ölkədə, hətta İsraildə belə olmayan bir haldır. Azərbaycan dövləti bu Sinaqoqu şəxsi büdcəsi ilə inşa etmişdir. Yəhudilər 27 əsirdir ki, heç bir düşmənçilik təziq görmədən Azərbaycan torpaqlarında yaşamaqdadır. Azərbaycan bizim vətənimizdir, Azərbaycanlılarda bizim qardaşlarımızdır. Biz Azərbaycanın lideri Heydər Əliyevə hər zaman minnətdarıq. Bizim təhlükəsizliyimiz üçün göstərilən xoşməramlığa təşəkkür edirik”.

İxilovun çıxışı uzun sürən alqışlarla ayaq üstə durmuş iştirakçılar tərəfindən alqışlanmışdır.

Yüksək divarlar və şüşələrlə inşa edilmiş Sinaqoqun gözəl bir salonu, görkəmli çılçıraqları, rahat kresloları vardır. Sinaqoqun zirzəminində yeməkxanası, mətbəxi ikinci mərtəbədə isə konfrans salonu, müdüriyyət otağı və ayrıca qəbul otağı inşa edilmişdir. Üçüncü mərtəbədə isə kitabxana yerləşir.

Açılış mərasimində Əliyev tərəfdən Azərbaycan Dini Komitənin sədri Hidayət Orucov iştirak edirdi. O, Bakıda belə bir Sinaqoqun inşa edilməsini Azərbaycandakı dini və etnik qruplar arasında toleratlığın ən gözəl bir nümunə olduğunu bildirdi.

Mərasimdə iştirak edən Sionist İsrail Rejiminin Azərbaycandakı səfiri Mixail Lavon Lotem öz çıxışında Əliyev rəhbərliyinə təşəkkürünü belə bildirdi: “Müsəlman ölkəsində dövlət tərəfindən belə gözəl bir Sinaqoqun inşa edilməsi çox böyük bir anlam ifadə edir. Bu parlaq bir örnəkdir”.

Mərasimə Amerika Yəhudi lobbiləri tərəfindən gəlmiş Amerika Strategiyasını Planlaşdıran Komitəsinin sədri Arie Dubov çıxışında Əliyev rəhbərliyinə öz təşəkkürünü belə bildirdi: “Bakıda belə bir sinaqoqun inşa edilməsi sadəcə Azərbaycan yəhudilərinin həyatında deyil, dünyadakı bütün yəhudilər arasında çox önəmli bir hadisədir”.

Sinaqoqun açılışında çoxlu saylı Yəhudi mənşəli vəzifəlilər, millət vəkili, məşhur Yəhudi İcmalarının liderləri, Aşkenazi Yəhudilərinin lideri Gennady Zelmanoviç, Gürcüstan Yəhudilərinin lideri Abram Çahruşev, Krasnaya Yəhudilərinin lideri Sloboda Boris Semanduev iştirak edirdilər.