Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 27-də başlayacaq və iki gün davam edəcək konfransda ölkələr arasında növbəti il üçün planlaşdırılan hərbi əməkdaşlıq mövzuları müzakirə olunacaq.
Konfrans Azərbaycan və ABŞ arasında imzalanmış Hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində reallaşacaq.
İllik əməkdaşlıq proqramının müzakirəsinə həsr ediləcək konfransda Azərbaycan və ABŞ-dan müxtəlif hərbi qurumların nümayəndələri və ekspertləri iştirak edəcək. ABŞ nümayəndə heyətini, əsasən Avropa Komandanlığının (EUCOM) zabitləri təmsil edəcək.
Konfransda Azərbaycan və EUCOM arasında növbəti il üçün hərbi əməkdaşlıq üzrə İş Planının mətni razılaşdırılacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır