Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın baş prokuror Zakir Qaralov bildirib: Azərbaycanda “qanunsuz” keçirilən aksiyaların qarşısı alınacaq.
O qeyd edib ki, radikal müxalifət qüvvələri Azərbaycanda sabitliyi pozmağa cəhd göstərir: “Biz bilirik bu sifarişlər haradan qaynaqlanır. Radikal müxalifət bilməlidir ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub. İctimai-siyasi proseslər qanunla tənzimlənir. Qanunsuz keçirilən aksiyaların qarşısı alınacaq”.
Z. Qaralov müxalifətin 2 aprel aksiyasına da münasibət bildirib. O qeyd edib ki, aprelin 2-də keçirilən aksiya nəticəsində vətəndaşların əmlakı dağıdılıb, ictimai asayiş kobud şəkildə pozulub: “Məlum hadisələrlə bağlı 9 nəfər məsuliyyətə cəlb edilib, istintaq davam edir, ölkədə ictimai asayişi pozan şəxslərə qarşı ciddi tədbirlər görüləcək. Bu, aksiyanın təşkilatçılarına da şamil edilə bilər”.
Qeyd edək ki, Zakir Qaralovun müxalifətçilərin hansısa xarici ölkələrdən sifariş aldıqlarının bilməsini iddia etməsinə baxmayaraq lakin heç bir dövlətin adını rəsmən açıqlamadı!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır