12 aprel 2011 - 19:30

Yəmənin paytaxtı Səna şəhərinin şimalında yerli polis və hərbçilər arasında silahlı qarşıdurma olub. Silahlı qarşıdurma zamanı bir zabit və dörd polis həlak olub. Məlumata görə, polislə dünən gecə avtomatik silahlardan Sənanın 170 kilometr şimalında yerləşə Umrandakı ordu qərargahına hücum edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  silahlı hücuma səbəb hərbi qərargahın rəhbəri general Əli Muhsin Əl-Əhmarın 21 mart tarixində prezident Əli Abdullah Saleh əleyhinə təşkil olunan aksiyalarda iştirak etməsidir. Bu arada Yəmənin digər şəhəri Ədəndə isə ,bu gün hərbçilərin nümayişçilərə atəş açması nəticəsdə 2 nəfər dünyasını dəyişib

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.